Nigeriya müsəlmanları hicab qadağasına etiraz etdilər

Nigeriya müsəlmanları hicab qadağasına etiraz etdilər

Nigeriya müsəlmanlarının işləri üzrə ali şura (NSCİA) ölkə məktəblərindən birində hicabın qadağan edilməsinə qarşı etiraz edib.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, bu şuranın sözçüsü Salihu Şehu bildirib ki, müsəlman qızlarını hicabdan istifadə etmək haqqından məhrum etmək müsəlmanlar əleyhinə aparılan ayrıseçkilik siyasətinin tərkib hissəsidir.
 
Bəyanatda bildirilir ki, məktəb təlim məkanıdır və bu məkanda uşaqların hər bir təhlükəsizliyi qorunmalı və uşaqların şəxsiyyətinə hörmətlə yanaşılmalıdır.
 
Qeyd edək ki, Nigeriyanın cənub şərqində yerləşən Oyo əyalətinin məktəbin məsul şəxsləri ötən həftənin Cümə günü 9 nəfər müsəlman qızı hicablı olduqları üçün məktəbə buraxmayıb.
 
Məktəbin bu addımını müsəlmanlar əleyhinə dini zəmində ayrıseçkilik adlandıran Ali Dini Şura bəyanatında  bildirib ki, müsəlmanlar hüquqlarını qorumalıdırlar və hüquqlarının pozulmasına tamaşaçı olmamalıdırlar.
 
Xatırladaq ki, müsəlman qadınların İslami hicab geyinmək hüququnun pozulması Nigeriyanın təhsil ocaqlarında ilk dəfə deyil. Keçən il də Əbuca universitetinin məzunlara diplom verilməsi mərasiminə hicablı bir xanımın qatılmasının qarşısı alınmışdı.
 
140 milyonluq Nigeriya əhalisinin 50 faizini müsəlmanlar və 40 faizini xristianlar təşkil edir.         
 
 

Google+ WhatsApp ok.ru