Nigeriyanın Əhli-beyt (ə) aşiqləri Məhərrəmliklə əlaqədar əza məclislərinə başladı 02 Sentyabr 2019 15:15 Dünya Dünyanın müxtəlif yerlərində olduğu kimi, Nigeriyadakı Əhli-beyt (ə) sevdalıları da 680-ci ildə Kərbəla çölündə İmam Hüseynin (ə) yavərləri ilə şəhid edilməsinin ildönümü ilə əlaqədar yas mərasimləri keçirməyə başlayıblar. Maide.Az deyerler.org-a istinadən xəbər verir ki, Nigeriya ordusu və təhlükəsizlik qüvvələrinin ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin tərəfdarlarına hücum etməsinə baxmayaraq, Məhərrəmlik məclisləri əvvəlki illərdəki kimi təşkil olunur. Matəm mərasimləri Aşura adı ilə tanınan məhərrəm ayının onuncu gününə qədər davam edəcək. Mərasimlərdə yas tutanlar sinəzənlik edir və Kərbəla müsibətinə göz yaşı tökürlər. Şeyx İbrahim Zəkzəkinin Twitter səhfəsində paytaxtı Abucada Məhərrəmlik matəminin şəkillərini paylaşılıb Xatırladaq ki, Şeyx Zəkzəki tibbi müalicə almaq üçün Hindistana getmişdi və təhlükəsizliyi təmin olmadığı üçün ölkəsinə qayıtmağa məcbur oldu. Hal-hazırda onun vəziyyəti barədə dəqiq xəbər yoxdur. Teqlər : #Nigeriyanın,#Əhlibeyt,#(ə),#aşiqləri,#Məhərrəmliklə,#əlaqədar,#əza,#məclislərinə,#başladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstanın baş naziri istefa verib Livan xalqı Hizbullahın İsrail rejiminə qarşı uğurlu əməliyyatını təbrik etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO