Nigeriyanın Kaduna şəhərində yoxsul müsəlmanlar üçün iftar

Nigeriyanın Kaduna şəhərində yoxsul müsəlmanlar üçün iftar

Nigeriyanın Kaduna şəhər kilsəsi Ramazan ayının əvvəlindən yoxsul müsəlmanlara iftar süfrəsi təşkil edir. 
 
Maide.Az xəbər verir ki, indiyədək 500-dən çox yoxsul müsəlmana yemək iftar verən Kaduna kilsəsinin keşişi Yuhina Boro deyib ki, bu yeməklər yoxsul müsəlmanlara paylanılır. “Biz bu addımı xristianlar və müsəlmanlar arasında dostluğu inkişaf etdirmək və dinc şəraitdə yaşamı daha da dərinləşdirmək məqsədi ilə atırıq.
 
O deyib ki, Kaduna kilsəsi ilk dəfədir ki, Ramazan ayında ehtiyaclı müsəlmanlara iftar verir.
 
Nigeriyanın əhalisinin sayı təqribən 150 milyon nəfərdir ki, onların yarısı müsəlmanlar və yarısı xristianlardır. /

Google+ WhatsApp ok.ru