Nigeriyanın Zarya şəhərində kütləvi müsəlman qəbri aşkarlanıb

Nigeriyalı fəallar bu ölkədə kütləvi müsəlman qəbrinin aşkarlanmasından xəbər veriblər.
Maide.az xəbər verir ki, Fars xəbər agentliyinin məlumatına görə, nigeriyalı fəallar cümə günü bildiriblər ki, Nigeriyanın "Mando Kadona" qəbiristanlığında aşkar edilmiş kütləvi qəbirdə  bu ölkə ordusunun Kadona əyalətinin Zarya şəhərində öldürdüyü mindən çox müsəlmanın basdırıldığı kütləvi qəbirlərdəndir.
Dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarı şəhid edildiyi elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. 
Ötən ay Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrda baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”
İ.Musa deyib ki, Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. 
Son bir neçə ay ərzində Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları  dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. /
 
 

Google+ WhatsApp ok.ru