Nigeriya ordusu daha bir İslam alimini həbs edib

Nigeriya ordusu daha bir İslam alimini həbs edib

 
Nigeriya ordusu İslami Hərəkatının lideri Şeyx Zəkzakinin Cos şəhərindəki nümayəndəsini həbs edib.
 
Verilən məlumata görə, Nigeriya İslam Mərkəzinin dünən yaydığı açıqlamada Şeyx Adəm Əhmədin həbsi təsdiqlənib. 
 
Şahidlərin bildirdiklərinə görə, Nigeriya ordusu bu barədə hər hansı bir açıqlama verməyib və Şeyx Adəmi naməlum istiqamətə aparıblar. 
 
Qeyd edək ki, Cos şəhərində müsəlmanlara aid Hüseyniyə Aşura axşamı ordu qüvvələrinin təcavüzünə məruz qalıb və Hüseyniyə yandırılıb. Hadisə nəticəsində 18 nəfər də öldürülüb. (faktxəbər) /

Google+ WhatsApp ok.ru