Nigeriya ordusu Şeyx Zəkzəki və onun həyat yoldaşının həbs olunduğunu bildirdi

 
Nigeriya ordusunun təmsilçisi keçirdiyi mətbuat konfransında Ayətullah Şeyx İbrahim Zəkzəki və onun həyat yoldaşının salamat olduğunu və həbs olunduğunu bildirib. 
Maide.az xəbər verir ki, Nigeriya ordusunun təmsilçisi Adnie  Uybade  deyib ki, tezliklə ayətullah Zəkzəki öz tərəfdarları ilə danışacaq. 
Buna baxmayaraq bəzi KİV-ər  məlumat yayıb ki, Şeyx Zəkzəki ağır yaralıdır. 
Bundan öncə Nigeriya İslami Hərakatı və Zəkzəkinin qızı bu şiə ruhaninin həbs edilməsi xəbərini təsdiqləmişdilər.
Qeyd edək ki, bundan öncə KİV-lər Şeyx Zəkzəkinin həyat yoldaşı öldürüldüyü xəbərini yayımlamışdılar. /
 

Google+ WhatsApp ok.ru