Nigeriya parlamentinin qarşısında Şeyx Zəkzakinin azadlığı tələb olundu

Nigeriya parlamentinin qarşısında Şeyx Zəkzakinin azadlığı tələb olundu

Nigeriya İslam Hərəkatının (İMN) üzvləri Şeyx İbrahim Zəkzakinin azadlığa buraxılması ilə bağlı ali məhkəmənin qərarının 125 gündür ki, icra olunmamasını qınamaq üçün Nigeriya parlamentinin qarşısında nümayiş keçirib.

Deyerler.org "Deyli-Trust"a istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının Akademik Forumunun​ (AFİMN) təşkiklatçılığı ilə keçirilən nümayişdə Şeyx Zəkzakinin görmə qabiliyyətinin tamamilə aradan gedə biləcəyi ilə bağlı narahatlıq çatdırılıb.

Nümayişçilər adından danışan S. İ. Əhməd Şeyx Zəkzakinin sağlamlığı barədə narahatçılıqlarını qeyd edib və hakim Qabriel Kolavolenin 45 gün ərzində azadlığa buraxılması üçün təyin etdiyi müddətdən 125 gün keçdiyini söyləyib.

"İndi güc dəhlizlərində olanlar cəzasızlıq mühitindən istifadə edib ölkənin qanunlarını istədikləri kimi pozurlar", - deyə o bildirib.

Nümayəndələr Palatasının üzvlərindən Ado Doquva nümayişçilər qarşısında çıxış edərək, məsələyə parlamentdə baxılacağına söz verib.

Nigeriya parlamentinin qarşısında Şeyx Zəkzəkinin azadlığı tələb olundu

Google+ WhatsApp ok.ru