Nigeriya polisi Şeyx Zəkzəkinin azadlığı üçün dinc nümayiş keçirənlərə divan tutdu - Foto

Nigeriya polisi Şeyx Zəkzəkinin azadlığı üçün dinc nümayiş keçirənlərə divan tutdu - Foto

-- Bir neçə şəhərdə keçirilən dinc mitinqə polis müdaxilə edib.

Nigeriyada müsəlmanlar ölkə şiələrin lideri Şeyx İbrahim Zəkzəkinin azad olunması və təcili müalicə edilməsi üçün dinc aksiya keçiriblər.   

Bir neçə şəhərdə keçirilən dinc mitinqə polis müdaxilə edib.

Polis tərəfindən açılan atəş nəticəsindən onlarla müsəlman ölüb və yaralanıb. 

 Nigeriya İslam Hərəkatı lideri Şeyx Zəkzəki tərəfdarlarının əsas tələbi liderlərinin etibarlı həkimlər tərəfindən müalicə edilməsidir. 

 Qeyd edək ki, bu gün Şeyx İbrahim Zəkzəkinin qızı açıqlamasında bildirmişdi ki, atası bu günə qədər səhhətindəki problemlərə görə həkimə aparılmayıb və onun səhhəti hər ötən gün ağırlaşır. 

 Şeyxin qızı hökumət qüvvələrinin bu məsələdə məsuliyyət daşıyıdıqlarını vurğulayıb.(eastnews.org)

 

Google+ WhatsApp ok.ru