Nigeriya polisi Şeyx Zəkzaki tərəfdarlarına hücum edib, 11 nəfər şəhid olub

Nigeriya polisi Şeyx Zəkzaki tərəfdarlarına hücum edib, 11 nəfər şəhid olub

Ötən gün Nigeriya polisi Əbuca şəhərində Əhli-beyt (ə) tərəfdarlarının dinc aksiyasına hücum edib, 11 nəfər şəhid olub. 

Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  ötəngün Nigeriyanın Əbuca şəhərində ötən 4 ildə olduğu kimi  bu ölkənin şiə lideri Şeyx İbrahim Zəkzakinin azadlığı tələbə ilə dinc aksiya keçirilib. 
 
Aksiya iştiakçıları səhhəti ağırlaşan və müalicəsi üçün şərait yaradılmayan Şeyx Zəkzakinin azadlığını tələb edib. Lakin Nigeriya polisi  aksiya iştirakçılarına hücum edərək,  odlu silahdan istifadə edib və dinc aksiyaçılardan 11 nəfəri öldürüb,  çox sayda  insan isə  yaralanıb. 
 
Polis və hökumət qüvvələri  etirazçılara bir başa atəş açıb və  polis zirehli maşınları kütlənin üzərinə sürüb, nəticədə onlarla adam yaralanıb. 
 
Xatırladaq ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib.  
 
Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.
 

 

Google+ WhatsApp ok.ru