Nigeriya polisi Şeyx Zəkzəki tərəfdarlarını atəşə tutdu

Nigeriya polisi Şeyx Zəkzəki tərəfdarlarını atəşə tutdu

Nigeriya xalqının iyulun 15-i ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün paytaxt Abuca küçələrində keçirdiyi dinc etiraz mitinqinə polis yenə atəş açıb.
 
Nigeriya İslam Hərəkatının baş katibi Şeyx Zəkzəkini dəstəkləmək məqsədilə paytaxtda yürüş mitinq keçirən yüzlərlə tərəfdaşa qarşı polis qüvvələri plastik güllə və göz yaşardıcı qazla müdaxilə edib.
 
Nümayişçilər bu cür müdaxilələrin onları öz dinc tələblərinin səsləndirməkdən çəkindirə bilməyəcəyini deyiblər və Şeyx Zəkzəki azad olunana qədər aksiyalarını davam etdirəcəklərini bildiriblər.
 
Nigeriya İslam Hərəkatının ölkədə və xaricindəki şeyxin bütün davamçılarını, tərəfdarlarını dərhal və qeyd-şərtsiz azad edilməsi üçün yenidən mübarizəyə dəvət etməsindən sonra xalq yenidən Şeyx Zəkzəkinin azad olunması tələbi ilə mitinqlər keçirir. /deyerler.org /
 
 
 
 

Google+ WhatsApp ok.ru