Nigeriya polisinin şiələrə hücumu: 100 nəfər şəhid olub

Nigeriya polisinin şiələrə hücumu: 100 nəfər şəhid olub

 
Xəbər verdiyimiz kimi, Nigeriyada polis bu ölkənin şimalında Kano şəhərində Ərbəin yürüşləri zamanı Əhli-Beyt (ə) tərəfdarlarına atəş açıb.  
 
Maide.Az xəbər verir ki,  ilkin məlumatda  polisin şiələrə atəş açması nəticəsində 10 nəfərin şəhid olduğu bildirilirdi.  Lakin Nigeriya İslami Hərəkatı məlumat yayaraq bildirib ki,  polisin  Əhli-Beyt (ə) ardıcıllarına açdığı atəş nəticəsində 100 nəfər şəhid olub, yüzlərlə  insan isə yaralanıb.
 
Şahidlərin bildirdiyinə görə,  polis  cənazələri  hadisə yerindən  aparıb.  
 
Məlumata görə,  Polis qüvvələri  hücum zamanı həqiqi güllədən və gözyaşardıcı qazdan istifadə ediblər. 
 
Qeyd edək ki,  oktyabr ayında Aşura günü Nigerya ordusu Katsina əyalətində Əhli-Beyt (ə) ardıcıllarına hücum etmişdi. Hadisə nəticəsində 9 nəfər şəhid olmuşdu. 
Mərkəzi ofisi Londonda yerləşən İslami İnsan Haqları Komissiyası elan edib ki, Nigeriya ordusu  İmam Hüseyn (ə) əzadarlarına atəş açılmasını təsdiqləyib. 
 
Nigeriyada şiələrə qarşı təzyiqlər ötən ilin  dekabr ayının ortalarında Nigeriya ordusunun Kaduna əyalətinin Zariya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsinə hücum etməsi ilə başlayıb. Nigeriya ordusu həmin vaxt bu ölkənin İslami Hərəkatının rəhbəri Şeyx Zəkzakinin Zariya şəhərindəki evinə də hücum etdi və onu  ağır yaralayaraq həbs etdi. Hücum zamanı təqribən 2000 nəfər Əhli-Beyt (ə) ardıcılı öldürüldü.  Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub.  Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər Kaduna həbsxanasında saxlanılır. Beynəlxalq insan haqları təşkilatları bu qətliamı pisləyiblər. (presstv) 
 
 

Google+ WhatsApp ok.ru