Nigeriya prezidenti Əhli-beyt (ə) davamçılarının qətliamı ilə bağlı 8 aylıq sükutunu pozdu

Nigeriya prezidenti Əhli-beyt (ə) davamçılarının qətliamı ilə bağlı 8 aylıq sükutunu pozdu

Nigeriya prezident Muhammadu Buxari beynəlxalq və yerli insan haqları qurumlarına keçən ilin dekabr ayında Nigeriyada İslam Hərəkatının silahsız üzvlərinə qarşı ordunun vəhşicəsinə hücumu ilə bağlı məhkəmə istintaq hesabatına "müvaviq cavab" veriləcəyindən əmin olmalarını istəyib.
 
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, açıqlama avqustun 16-da Nigeriya prezidentinin şəxsi Facebook səhifəsində onun mətbuat katibi Qarba Şehu tərəfindən bildiriblib.
 
"Prezident Muhammadu Buxari Şeyx İbrahim Zəkzəkinin rəhbərlik etdiyi Nigeriya şiələri və əsgərlər arasında çıxan qarşıdurmalarla bağlı məhkəmə istintaq hesabatına müvafiq cavabın veriləcəyinə beynəlxalq və yerli insan haqları qurumların əmin olmalarını istəyir.
 
Prezident müəyyən edilmiş qaydalara uyğun müvafiq cavabı elan etməzdən əvvəl hesabatın detallarını öyrənir. Prezidentin insan haqlarına sadiqliyi dəyişməzdir, çünki bu demokratik quruluşun əsas tərkib hissəsidir. Xatırlayırsınızsa, dekabr ayında toqquşmalar baş verəndə prezident Buxari mətbuata açıqlamasında, baş verənlərә layiqli cavabın verilməsi üçün hadisə ilə bağlı istintaq hesabatının nəticəsini gözləyəcəyini bildirmişdi. Biz qanunun aliliyinə inanırıq. Ona görə də verilən istənilən cavab bu prinsip üzrə hərəkət edəcək. Federal hökumət bu cür zorakı insidentlərin qarşısını almaq üçün ictimaiyyətin böyük marağını nəzərə almağa davam edəcək".
 
Qeyd edək ki, 2015-ci ilin dekabrında Nigeriya ordusu tərəfindən ölkənin günahsız vətəndaşlarına qarşı aşağıdakı vəhşiliklər törədilib:
 
- Bir çox ali təhsil institutunun tələbələri vəhşicəsinə qətlə yetirilərək, kütləvi məzarlıqda dəfn edilib və yüzlərlə gənc hələ də həbsxanalarda saxlanılır.
 
- 1000-dən artıq günahsız vətəndaş vəhşicəsinə öldürülüb, 887 ailə hücumdan zərər çəkib, ən azı 472 qadın dul qalıb, vəhşiliklər nəticəsində 100-dən artıq körpə vaxtından əvvəl doğulmuşdur.
 
- 191 nəfər hələ də həbsxanada saxlanılır, həbs olunanlardan 68 nəfəri tələbədir. 2 nəfər tibbi xidmət göstərilmədiyi üçün həbsxanada ölmüşdür.
 
- Şeyx Zəkzəkinin iqamətgahı Nigeriya ordusu tərəfindən yandırılaraq, tamamilə məhv edilib. Qərbi Afrika və ətraf ölkələrdə İslam Hərəkatının ən böyük mərkəzi olan Bəqiyyətullah hüseyniyyəsi də dağıdılıb.
 
- Aralarında qadın və uşaqlar da olmaqla ümumilikdə 347 nəfər Kadunanın Mando rayonunda bir kütləvi məzarlıqda dəfn edilib.
 
- 300 nəfərdən artıq insan müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların əksəriyyətində yanıq əlamətləri var. Ölənlərin əksəriyyəti yandırılaraq öldürülüb.
 
Bu faktdır ki, qətliam etmə, ədalətsiz həbs və ya nəzarətə götürmə, zorlama və işgəncə vermə bəşəriyyətə qarşı böyük bir cinayətdir.
 
Şeyx Zəkzəkinin yeganə sağ qalmış oğluna verdiyi məlumata görə, Şeyx Zəkzəkinin bir gözü kor, əli və ayağı isə iflic olub.
 

Google+ WhatsApp ok.ru