Nigeriya rejimi şeyx Zəkzəki barədə rüsvayçı qərar çıxardı

Nigeriya rejimi şeyx Zəkzəki barədə rüsvayçı qərar çıxardı

Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılmasını təmin etmək cəhdləri növbəti uğursuzluğa məruz qalıb.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Kaduna Ali Məhkəməsində Şeyx Zəkzəkinin təcili tibbi müalicə almaq üçün azad edilib edilməyəcəyinə qərar verməsi səbəbi ilə bu gün keçirilən məhkəmə iclası təxirə salınıb.
 
  Vəkkillərin Şeyx Zəkzaki və yoldaşını təcili olaraq Hİndistana müalicə üçün göndərilməsi haqqında verdikləri vəsatəti hakim təmin etməyib və məhkəməni  avqust ayının 5-dək  təxirə salıb.  Bildirilib ki, növbəti məhkəmədə son qərar çıxarılacaq. 
 
Məhkəmə mənbələrinin dediklərinə görə, iclas ikinci dəfə təxirə salınıb. Şeyxin vəziyyətinin geri dönüşü olmayan bir nöqtəyə gəlməsi üçün işin təxirə salınmasının qəsdən edilən bir manevr olduğu bildirilib.
 
İHRC sədri Massud Şadcareh bunları deyib: “Bir həftə daha davam edən bu təxirə salma axmaqlıqdan da o tərəfə getdi. Məhkəmə şeyxin səhhətinin kritik olduğunu bilir.
 
O, ədalətə xidmət etməlidir və Şeyx Zəkəkinin öldüyünü görmək istəyənlərin xeyrinə olan siyasətbazlıqdan əl çəkməlidir”.
 

Google+ WhatsApp ok.ru