Nigeriya İslam Hərəkatına üzv olan 600 nəfərin itkin düşdüyü açıqlandı

Nigeriya İslam Hərəkatına üzv olan 600 nəfərin itkin düşdüyü açıqlandı

Beynəlxalq Əfv Təşkilatı Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və fəallar barəsində bəyanatla çıxış edib.   

Maide.Az "eastnews.org"-a istinadla bildirir ki, bəyanatda vurğulanıb ki, Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzəki və tərəfdarları absurd ittihamlarla həbs olunublar.   

“Bu hərəkatın üzvü olan 600 nəfər hələ də itkindir. Ailələri bu insanları axtarsalar da hələ də nəticə əldə edə bilməyiblər”, - deyə bəyanatda bildirilir.   

Qeyd olunur ki, Nigeriya hökuməti müxalifləri qeydsiz və şərtsiz olaraq azad etməlidir.

Xatırladaq ki, 2015-ci ilin  dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı Şeyx Zəkzaki yaralanıb və həbs olunub.  Onun 3 övladı şəhid edilib.  İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. 

Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. 
 
Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları  dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. 
 

Google+ WhatsApp ok.ru