Nigeriya İslami Hərəkatı: Nigeriya hökuməti bilərəkdən Şeyx Zəkzakinin gözünü kor etmək istəyir

Nigeriya İslami Hərəkatı: Nigeriya hökuməti bilərəkdən Şeyx Zəkzakinin gözünü kor etmək istəyir

Nigeriya İslami Hərəkatı bu ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin son durumu ilə bağlı bəyanat yayıb. 
 
Maide.Az xəbər verir ki, qeyd olunan bəyanatda bildirilir: "Nigeriya hökuməti Şeyx Zəkzakinin digər gözünü də qəsdən kor etmək istəyir. Ötən həftənin cümə axşamı Şeyx Zəkzakini müayinə edən həkim elan edib ki, Nigeriya hökuməti tez bir zamanda Şeyx Zəkzakinin müəalicə mərkəzinə köçürülməsinə icazə verməzsə, onun ikinci gözü də kor olacaq. Aydındır ki, Nigeriya hökuməti ilk gündən Şeyx Zəkzakini aradan aparmaq niyyətində olub. Hazırda Şeyx Zəkzakinin bilərəkdən mütəxəssis həkimlər tərəfindən müalicəsinə icazə verməməklə onun sağlamlığının daha da ağırlaşmasını istəyir. Onlar Şeyxi aradan apara bilmədikləri üçün bu yollardan istifadə edir”.
 
Nigeriya İslami Hərəkatı  bəyanatında bütün yazarları, hüquqşünasları, təşkilat, və dünyanın hər bir yanında azadlıq carçılarını Nigeriya hökumətinin bu addımını tənqid etməyə çağırıb.
 

Nigeriya ordusunun hücumu nəticəsində Şeyx Zəkzəkinin sol gözünün tamamilə zədələnməsi nəticəsində görmə qabiliyyətini itirmişdi.Həkimlər müayinədən sonra açıqlama verərək, təcili tibbi müdaxilənin edilməyəcəyi təqdirdə, Şeyx Zəkzəkinin digər gözünün də tamamilə görmə qabiliyyətindən məhrum olacağını bildirib.

 

Nigeriya məhkəməsi Şeyx Zəkzəkinin azadlığa buraxılmasına dair verdiyi qərara baxmayaraq, hökumət və ordu şeyxin azad edilməsindən çəkinir. (mehr)

 

Google+ WhatsApp ok.ru