Nigeriya xalqı ‘Şeyx Zəkzəkiyə azadlıq’ tələbi ilə dinc aksiyaları davam etdirir - FOTO

Nigeriya xalqı ‘Şeyx Zəkzəkiyə azadlıq’ tələbi ilə dinc aksiyaları davam etdirir - FOTO

Nigeriya xalqı paytaxt Abucada Şeyx Zəkzəkinin azad olunması üçün gündəlik etiraz aksiyalarını davam etdirir.
 
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, martın 11-i paytaxt Abucanın 3 bölgəsində küçələrə çıxan etirazçılar, həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və xanımı Zinətuddin İbrahimin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.
 
Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.
 
 
 

Google+ WhatsApp ok.ru