Nigeriya xalqı Şeyx Zəkzəkinin azad olunması üçün dinc etirazları davam etdirir 06 Mart 2020 15:51 Dünya Nigeriya xalqı paytaxt Abucada Şeyx Zəkzəkinin azad olunması tələbi ilə gündəlik etiraz aksiyalarını davam etdirir. Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, martın 5-i küçələrə çıxan etirazçılar, həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər. Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar. Nümayişçilər Şeyx Zəkzəkinin heç bir ittiham irəli sürülmədən həbsdə saxlanılmasının onun səhhətinə pis təsir etdiyini və şeyxin səhhətinin pisləşməsinə görə Nigeriya rəhbərliyinin məsuliyyət daşıdığını bildiriblər. Nümayişçilər Şeyx Zəkzəki və xanımı Zinət İbrahim ilə həbsdə olan bütün İMN fəallarının azadlığa buraxılana qədər etiraz aksiyalarını dayandırmayacaqlarını bildiriblər. Teqlər : #Nigeriya,#xalqı,#Şeyx,#Zəkzəkinin,#azad,#olunması,#üçün,#dinc,#etirazları,#davam,#etdirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistandakı etirazlarda ölənlərin sayı 53 nəfərə çatıb ABŞ səfirliyi önündə partlayış, yaralılar var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO