Nigeriya xalqının “Şeyx Zəkzəkiyə azadlıq” tələbilə mitinqləri davam edir-FOTO/VİDEO

Nigeriya xalqının “Şeyx Zəkzəkiyə azadlıq” tələbilə mitinqləri davam edir-FOTO/VİDEO

-- Şeyx Zəkzəkinin dərhal və şərtsiz azadlığa buraxılmasını tələb olunub

Nigeriya xalqı fevralın 12-si paytaxt Abucada Şeyx Zəkzəkinin azadlığa buraxılması tələbilə növbəti mitinqini keçirib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, xalq səsləndirdiyi şüarlarda Şeyx İbrahim Zəkzəkinin həbsdə saxlanılmasının qanunsuz olduğunu vurğulayaraq, hökumətdən Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımının barəsində verdiyi qərarı icra etməsini tələb ediblər. Nümayişçilər əllərində Şeyx Zəkzəkinin şəkillərilə yanaşı, Şeyx Zəkzəkinin azadlığa buraxılması üçün keçirilən dinc kasiyada polisin açdığı atəş nəticəsində ağır yaralanmış və daha sonra xəstəxanada şəhid olmuş nigeriyalı Əhli-Beyt (ə) alimi Şeyx Qasım Umar Sokotonun da şəkillərini daşıyıblar.
 
Fevralın 12-si Nigeriya İslam Hərəkatının Akademik Forumunun üzvləri Kano şəhərində küçələrə çıxaraq, Şeyx Zəkzəkinin dərhal və şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru