Nijniy Novqorodda Rusiyanın 50 regionundan məscid imamlarına ixtisasartırma kursları təşkil olunub -FOTO

Hüseyn Faizxanov adına Nijniy Novqorod şəhər İslam İnistitunda  ixtisasartırma kursları təşkil olunub. Bunu  Maide.az –a açıqlamasında  Camiətul-Mustafa Beynəlxalq Universitinin  Quran evinin rəhbəri  Namiq Abışov deyib.
 
N.Abışov bildirib ki, bu kurslarda Rusiyanın 50  regionundan  50-dən çox məscid imamı,  müəzzin və imam yardımçısı iştirak edir. “Kurs iştirakçılarına  müxtəlif dini mövzularda  o cümlədən  tədris, müəllimlik və təbliğ metodları dərsləri keçirilir. Bundan başqa onlar Quran tilavəti, təcvid, Quranı üzündən sərbəst oxuma və əzbərləməsi üzrə biliklərini artırırlar.”
 
N.Abışov əlavə edib ki,  kursu bitirənlərə sertifikat da verilir. 
 
Onun sözlərinə görə, ixtisasartırma kursları  il ərzində Rusiyanın müxtəlif  bölgələrində təşkil olunur. “Altı ay öncə Moskvada belə bir kurs təşkil olunmuşdu ki, həmin kursda Rusiyanın müxtəlif bölgələrindən və Müstəqil Dövlətlər Birliyi ölkələrindən  150  müfti iştirak etmişdi.Ötənil isə kursu Sankt-Peterburqda 100 imamın iştirakı ilə təşkil etmişdik.”
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru