Nikahlar 36,2 faiz azalıb

Nikahlar 36,2 faiz azalıb

 Azərbaycan əhalisinin sayı 2020-ci ilin əvvəlindən 0,2 faiz artaraq iyunun 1-nə 10 milyon 89 min 853 nəfərə çatıb.

Maide.Az "Novator.az"a istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-may aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 47206 doğulan körpə qeydə alıb, onların 53,2 faizi oğlan, 46,8 faizi qız uşaqlarıdır.

Hesabata əsasən, beş ayda 24813 ölüm halı, 15334 nikah, 5788 boşanma, daimi yaşamaq üçün 701 nəfər gələn, 349 nəfər gedən rəsmiləşib.
 
2020-ci ilin ilk beş ayında nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 36,2 faiz azalıb. Ötən il iyunun 1-dək ölkədə 23684 nikah qeydə alınmışdı.
 
2019-cu ilin ilk beş ayı ilə müqayisədə boşanmalar 1294 fakt və ya 17,6 faiz azalıb.
 
Doğum üzrə azalma 16,8 faizdir. 2019-cu ilin yanvar-may aylarında 56254 nəfər doğulmuşdu.
 
Ölənlərin sayında isə 123 nəfər artım olduğu bildirilir. 2019-cu ilin yanvar-may aylarında 24694 nəfər dünyasını dəyişmişdi.
 
Əhalinin təbii artımı (doğulanlar və daimi yaşamaq üçün gələnlərlə ölənlər və ölkəni tərk edənlərin nisbəti) üzrə geriləmə 29,9 faiz göstərilir.
 

Google+ WhatsApp ok.ru