Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 448-ə çatıb

Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 448-ə çatıb

Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 448-ə çatıb.
 
Maide.Az xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə “Nikaraqua insan haqları Assosiasiyası” məlumat yayıb.
 
“Ölənlərdən 31 nəfəri həddi-buluğa çatmayan şəxslərdir, 2083 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.
 
Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər. 
 
Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə iğtişaşlar davam etməkdədir.
 
 

Google+ WhatsApp ok.ru