Nikbət günü münasibəti ilə Almaniyada etiraz aksiyası - VİDEO

Bu gün Almaniyanın Berlin şəhərində  yüzlərlə almanlı  "Nikbət" günü münasibəti ilə  etiraz aksiyasında iştirak edib.
 
Maide.Az xəbər verir ki,   "İsrailə qarşı sanksiya, təcrid və sərmayə qoymamaq" Beynəlxalq hərakatın  Berlin  nümayəndəliyi tərəfindən  təşkil olunan bu aksiya Fələstinlilərin  "Nikbət" (fəlakət)  günü kimi  qeyd etdiyi işğalçı İsrail rejiminin yaranma günü münasibəti ilə İşğalçı İsrail rejiminin əleyhinə  təşkil olunub. Bu rejimin cinayətləri pislənilib. 
 
"İsrailə qarşı sanksiya, təcrid və sərmayə qoymamaq" Beynəlxalq hərakatı  Fələstin torpaqlarında İsrailin işğalına son qoyulması və Fələstinli didərginlərin öz evlərinə qayıtma hüququnun tanınmasına çalışır.
Aksiya iştirakçıları  Qəzzanın mühasirəsinə son qoyulmasını tələb ediblər. 
 
1948-ci ilin mayın 15-də yeni yaranmış işğalçı İsrail rejimi  800 min fələstinlini 530 şəhər və qəsəbədən və 662 kəndən çıxararaq məcbiri qaydada onları köç etməyə vadar edib. Elə bu gündə də Britaniya əsgərlərini Fələstindən çıxarıb. Bu addımlardan sonra yəhudilərin kütləvi şəkildə Fələstin torpaqların axını və onların orada yerləşdirilməsi əməliyyatları həyata keçirilib. Sonradan BMT Fələstin torpaqlarının təxliyəsi ilə bağlı verdiyi 181, 194, 242, 338 nömrəli qəraralara baxmayaraq, İsrail işğal edilmiş əraziləri genişləndirib və orada yeni yaşayış massivləri inşa edib.Fələstinlilər bu günü "Nikbət" (fəlakət) günü kimi qeyd edirlər. 
Fələstin köçkünlərinin sayı 5 milyondan  artıqdır. Onlar  İordaniya, Livan , Suriya , Misir , Səudiyyə Ərəbistanı və digər ölkələrdə yaşayırlar.
 

Google+ WhatsApp ok.ru