Nikbinliyə olmayan əsas: Yaxın 10 ildə dövlət borcu ilə bağlı ciddi problemlər gözlənilir

Nikbinliyə olmayan əsas: Yaxın 10 ildə dövlət borcu ilə bağlı ciddi problemlər gözlənilir

"Novoye Vremya" qəzetində "Dövlət borcu strategiyası: nə və necə?" sərlövhəli  məqalə oxumaq olar.
 
Müəllif "Azərbaycanın orta və uzun müddətli dövlət borcunun idarə olunması Strategiyası" sənədini müzakirə edir.
 
Yazıda vurğulanır ki, strategiyada da Azərbaycanın dövlət borcunun 2015-ci ildə iki dəfə devalvasiya səbəbilə sürətlə artdığı əksini tapır və 2018-ci il bu strategiyanın son hədd müddətidir, belə ki, 2019-2022-ci illər borcların ödənməsi illəridir, üstəlik böhrandan sonra Beynəlxalq Bankda vəziyyət daha da mürəkkəb şəkil alıb.
 
Müəllif deyir ki, bu il yanvarın 1-nə dövlət borcu 17007,4 milyon manat olub ki, bunun 15978,1 milyon manatı xarici, 1 milyard manatı daxili borclardır, eyni zamanda 2018-ci ilin ilin əvvəlinə dövlət borcunun ÜDM-ə nisbəti 24,3%, ölkənin valyuta ehtiyatlarına münasibətdə 23,8% təşkil edir.
 
"Sənədə görə, ölkənin xarici borclarının sürətlə artmasının səbəbi Beynəlxalq Bankın borc problemləri və onun sağlamlaşdırılması tədbirləri, nə qədər qəribə olsa da, "Cənub qaz dəhlizi" layihəsidir. Sonuncu özlüyündə ölkə üçün pozitiv olmalı idi, əksinə, dövlət borcunun artmasına səbəb olub", deyə müəllif dövlət borcunun artması mənbələrini göstərir.
 
Müəllif deyir ki, hazırda dövlət borcu hökumətin birbaşa kreditlərindən, dövlət orqanlarının dövlət istiqrazlarından və dövlət orqanlarının dövlət zəmanətilə götürdükləri kreditlərdən ibarətdir və məhz sonuncu göstərici daha çox suallar doğurur.
 
Müəllifə görə, 2019-2022-ci illərdə dövlət borcunun azaldılması üçün yeni borclar götürülməməlidir ki, bunun özü şübhəli görünür, belə ki, 2018-ci ilin yekununa görə Azərbaycan ölkənin dəmiryollarında "islahat" və Bakı-Yalama dəmiyorlunun yenidən qurulması üçün Asiya İnkişaf Bankından 500 milyon dollar kredit alacaq, hökumət isə əlavə olaraq bu borcları qaytarmaq üçün 1250 milyon dollarlıq istiqraz buraxacaq.
 
Müəllif deyir ki, bu, ancaq 2018-ci ilin yekunlarına görə belədir, 2019-2020-ci illərdə bizi nə gözləyirsə, hələ məlum deyil, çünki neftin qiyməti qalxan kimi hökumət əlavə maliyyələşdirmə cəlb edir.
 
Daxili borclara gəlincə, müəllif deyir ki, bunlar dövlət şirkətlərinin dövlət zəmanətilə götürdükləri kreditlərdir ki, 2018-ci il yanvarın 1-inə onların məcmu həcmi 21561,4 milyon manat təşkil edir və bunun da 9,8 milyard manatı xarici, qalanları isə daxili kreditlərdir.
 
Müəllif deyir ki, bu xarici borclar sırasında "Cənub qaz dəhlizi"nin maliyyələdirilməsi, "Azərenerji", "ADY, SOCAR aparıcı yer tutur və nə "Azərenerji", nə də dəmir yolları bu borcları qaytarmaq gücündə deyil.
 
Müəllifə görə, "Aqrokredit" indiki aktivlərilə bu borcu qaytara bilməyəcək, üstəlik, bu, azmış kimi dəmir yolları şirkəti 30 vaqon almaq üçün əlavə 137 milyon dollar kredit cəlb etmək niyyətindədir.
 
Müəllif hökumətin bank sistemində hansısa pozitiv meyllərədən danışmasını hədsiz nikbinlik kimi dəyərləndirir.
 
Bütün bu təhlillərdən sonra isə müəllif deyir ki, yaxın 10 ildə dövlət borcu ilə bağlı ciddi problemlər gözlənilir, ölkənin inkişafı dünya bazarında sabit olmayan neft-qaz qiymətinə söykəndiyi üçün ölkə iqtisadiyyatında nə baş verəcəyini müəyyən etmək çox çətindir, amma dəqiq olan budur ki, müsbət dəyişikliklər gözləməyə dəyməz. (contact.az)
 

Google+ WhatsApp ok.ru