Nildə iki gəmi toqquşdu, ölənlər var (FOTO)

Nil çayında faciə yaşandı. Çayda iki gəmi toqquşub. Toqquşanlar yek və sərnişin gəmisi olub. Hadisə Misirin paytaxtı Qahirənin şimalında qeydə alınıb. 
 
Frans Press-in məlumatına görə, qəza zamanı azı 19 nəfər ölüb. Onlardan ikisinin uşaq olduğu bildirilir. 
 
Misir polisi yük gəmisinin kapitanını və onun köməkçisini həbs edib. Ölkənin Daxili İşlər Nazirliyinin "Facebook" səhifəsində hadisə ilə bağlı açıqlama yerləşdirilib. Açıqlamada bildirilir ki, sərnişin gəmisində 25 sərnişin olub. Onların çoxu uşaq idi. Sərnişinlərdən ancaq altı nəfər xilas ola bilib. 
 
Dörd nəfərin axtarışları isə hələ də davam edir. 
 
Qeyd edək ki, son bir neçə ildə gəmi qəzalarının sayı artıb. Belə ki, hələ bu ayın əvəllərində Filippində baş vermiş bərə qəzasında ən azı 34 nəfər ölüb və 70 nəfər itkin düşüb. Qəzaya səbəb isə gəmi dönüş edərkən göyərtəyə suyun dolması olub. 
 
İyun ayının 2-də Çinin şərqində Yanszı çayında göyərtəsində 448 nəfər sərnişin olan gəmi batıb. Faciə Çinin Xubey əyalətində meydana gəlib. "Şərqin Ulduzu" adlı çay teploxodu (gəmi) Nankindən Çunsin istiqamətində üzürmüş.
 
Dekabrda isə Konqo Demokratik Respublikasında Tanqanika gölündə bərə gəmisinin batması nəticəsində 129 nəfər ölüb. 
 
 

Google+ WhatsApp ok.ru