Nildə 100 ildə rekord daşqın qeydə alınıb, yüzlərlə insan ölüb

Nildə 100 ildə rekord daşqın qeydə alınıb, yüzlərlə insan ölüb

Sudanın paytaxtı Xartum şəhərində Nilin Mavi və Ağ qollarının daşmasına görə yüzlərlə insan həyatını itirib. 
 
“Report” xəbər verir ki, bu barədə yerli “The National” nəşri bildirib.
 
Qeyd edilir ki, yerli sakinlər son yüz ildə rekord həddə qeydə alınan daşqınlardan ciddi zərər çəkib.
 
Təbii hadisə nəticəsində ümumilikdə 500 min insan zərər çəkib, şəhərdə üç ay müddətində fövqəladə vəziyyət elan edilib. Evlərin dağılmasından başqa, çoxmilyonlu şəhərin əksər hissəsi elektriksiz və susuz qalıb.
 
Qeyd edək ki, Nilin Mavi və Ağ qolları Xartumda birləşir. Çay bundan sonra Aralıq dənizinə tökülür.
 

Google+ WhatsApp ok.ru