NileSat Livanın 6 kanalının yayımını dayandırır

Misirin NileSat  peyk yayım şirkəti Livanın 2 kanalının o cümlədən Əl-Minar kanalının yayımını dayandırıb və Livanın daha 4  kanalının yayımınıda dayandıracağını açıqlayıb. 
 
Maide.az xəbər  verir ki, hazırda  Livan Hizbullahına  bağlı olan Əl-Minar telekanalının yayımı bu peykdən dayandırılıb.  Livanın digər kanalları  o cümlədən MTV, Əl-Cədid, Livantv, NBN  kimi kanallarında Nile Sat peykindən yayımı dayandırılır.
Qeyd edək ki, bundan öncə ArabSat öz ofisini Livandan  İordaniyaya köçürməklə Əl-Minar kanalının yayımını dayandırmışdı. Hazırda  Əl-Minar kanalı yalnız Rusiya peykində tamaşa etmək mümkindir. 
 
NileSat şirkətinin bu hərəkəti bir çox ekspertlərin tənqidi ilə üzləşib.Tənqidçilər bu addımı söz azadlığına və beynəlxalq qanunlara zidd hesab edirlər. 
 
Əl-Ərəbiyyə kanalı Əl-Minar kanalının yayımının dayandırılmasına  səbəb kimi  bu kanalın guya məzhəblər arasında ixtilaf yaratdığını iddia edib./
 

Google+ WhatsApp ok.ru