NİKE şirkəti idmançılar üçün xüsusi `hicab` geyimlərinin istehsalı və satışına başladı

NİKE şirkəti idmançılar üçün xüsusi `hicab` geyimlərinin istehsalı və satışına başladı

-- Avropa bazarlarında 30 avroya satışa çıxarılan “Nike idman hicab” geyimi...

Böyük idman məhsulları istehsalçılarından biri olan NİKE şirkəti ilk “idman hicabı” geyiminin istehsalı və satışına başladı.
 
Maide.Az "İqna"-a istinadən xəbər verir ki, Nike şirkətinin satış mərkəzlərində və satış filiallarında satışa çıxarılmış “idman hicabı” dünyanın idman birinciləri tərəfindən sınaq edilib. 
 
Şirkətinin məsul şəxslərinin açıqlamasında görə,  onlar bu geyimin dizaynı və istehsalı üçün bir vaxt qoyublar ki, istehsal etdikləri məhsul  həm yüngül, həm yumuşaq və həm də hava dəyişdirmək qabiliyyəti olsun.
 
Hazırda Avropa bazarlarında 30 avroya satışa çıxarılan “Nike idman hicab” geyimi yaxın günlərdə Orta Şərq bazarlarında da satışa çıxarılacaqdır. Bu şirkətin BƏƏ-də 24 və Ərəbistanda 28 rəsmi filialı vardır.
 
Qeyd edək ki,  “Nike” şirkəti idmanla məşğul olan müsəlman xanımlar üçün hazırladığı xüsusi hicablar yüngül, hava keçirən və sürüşməyən elastik materialdan hazırlanıb. O, qara, boz və obsidian olmaqla 3 rəngdə satışa buraxılır.
 
Xatırladaq ki, hicabın işlənilməsinə ötən il start verilib. Onun işlənib hazırlanmasında və sınaqdan keçirilməsində tanınmış idmançı hicablı xanımlar iştirak edib. Onların sırasında idmanın müxtəlif sahələrində “ilk hicablılar” olan Əmnə- Əl Həddəd, Sara Əttar, Ruqəyyə Əl-Ğəsra və digərlər var. Onlardan bəziləri artıq sosial şəbəkələrdəki səhifələrində “Nike”dan olan hicabları ilə fotolarını paylaşıblar.
 

 

Google+ WhatsApp ok.ru