Nobel prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Nobel prospekti Zığ şossesi istiqamətində (“Ağ şəhər”in qarşısı) aparılan qazıntı işləri ilə əlaqədar yolun 3 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
 
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
 
Təmir işlərinin nə zaman başa çatacağı barədə məlumat verilməyib.
 
Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru