Nobel prospektində nəqliyyatın hərəkətində dəyişiklik ediləcək

Nobel prospektində nəqliyyatın hərəkətində dəyişiklik ediləcək

Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində dəyişiklik ediləcək.
 
“Azəravtoyol” ASC-dən Maide.Az-a verilən məlumata görə, “Ağ şəhər” layihəsi çərçivəsində yenidən qurulan Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişdiyi ərazidə hərəkət svetaforla ikifazalı rejimdə nizamlanacaq.
 
Bundan başqa, Nobel prospektində hər iki istiqamətdə geri dönmə yerlərinin açılması da nəzərdə tutulub. Geri dönmə hissələr kəsişmədən üzü Zığ istiqamətində 590 metrdən sonra, şəhər istiqamətində isə 380 metrdən sonra, Afiyəddin Cəlilov küçəsinin kəsişməsində yaradılacaq.
 
Qeyd edək ki, hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi və gələcəkdə yarana biləcək tıxacların aradan qaldırılması məqsədi ilə sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin bu cür təşkil olunması “Azəravtoyol” ASC-nin, DİN-nin BDYPİ-nin, BŞİH-nin və Nazirlər Kabineti yanında BNA-nin birgə razılığına əsasən gəlinib. /
 
 
 
 

Google+ WhatsApp ok.ru