`Nokia` yeni 3310 modelini təqdim etdi

`Nokia` yeni 3310 modelini təqdim etdi

-- Nokia 3310 – un 4G VoLTE şəbəkəsini dəstəklədiyi bildirilir

Finlandiyanın HMD Global şirkəti Nokia 3310 telefonunun yeni versiyasını təqdim edib.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, təqdimat Çində keçirilib.
 
2017-ci ildə buraxılmış model ilə müqaisədə telefon daha böyük ölçülü korpus ilə təchiz edilib. Bundan əlavə, aparat Wi-Fi modem kimi də istifadə oluna bilər.
 
Nokia 3310 – un 4G VoLTE şəbəkəsini dəstəklədiyi bildirilir.
 
İlk olaraq telefon yalnız Çində satışa çıxarılacaq. Onun qiyməti barədə hələlik məlumat verilmir.
 
Nokia 3310 ilk dəfə 2000-ci ilin sonunda buraxılıb. O vaxtdan dünya üzrə 126 milyon qurğu satılıb.
 

Google+ WhatsApp ok.ru