Norveçdə ən məşhur kişi adı Məhəmməddir

AzadXeber.az-ın "The Local" qəzetinə istinadən verdiyi məlumata görə, Norveçin paytaxtı Oslo şəhərində ən məşhur kişi adı Məhəmməd seçilib. Hazırda şəhər sakinləri arasında İslam Peyğəmbərinin adını 4.8 min gənc daşıyır.
 
İkinci yeri isə “Yan” adı tutur. Osloluların 4,7 mini öz övladına bu adı qoyub. Üçüncü yerdə isə Per adı qərarlaşır.      
 
Qeyd edək ki, Norveçin paytaxtı Osloda Məhəmməd adı 4 il ardıcıl uşaqlara qoyulan ən məşhur adlardan biri olub. Lakin bütün kişi adları arasında İslam peyğembərinin adı məşhurluğuna görə hazırda birinci yerdə qərarlaşıb. Bu ad nəinki Norveçdə, həmçinin İngiltərə, Uels, o cümlədən  Amsterdam, Roterdam, Brüssel və digər şəhərlərdə məşhurdur.
 
Milanda isə Məhəmməd adı yeni doğulan körpələr, həmçinin biznesmenlər arasında da çox seviləndir. Şəhərin ticarət palatasının rəyinə əsasən bu adı 1,6 min nəfər daşıyır.

Google+ WhatsApp ok.ru