Norveçdə neft işçilərinin tətili başa çatıb

Norveçdə neft işçilərinin tətili başa çatıb

Norveçdə neft işçilərinin tətili başa çatıb.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, ölkədə neft işçilərinin iyulun 10-dan etibarən başladıqları tətil başa çatıb.
 
Norveçdə qazma qurğularında çalışan işçilər ilə işəgötürənlər razılığa gəlib.
 
Tətilin başlamasına səbəb işçilərlə işəgötürənlər arasında maaş və pensiya şərtləri barədə yaranan fikir ayrılığı idi.
 
Tətil Liviyada neft ixracı bərpa edildikdən sonra “qara qızıl”ın ucuzlaşan qiymətinə qarşı reaksiya kimi də qiymətləndirilirdi.
 

Google+ WhatsApp ok.ru