Novosibirskdə partlayış olub, 4 hərbçi yaralanıb

Novosibirskdə partlayış olub, 4 hərbçi yaralanıb

Rusiyanın Novosibirsk vilayətində hərbi təlim zamanı 4 hərbçi xəsarət alıb.
 
Məlumatı Mərkəzi Hərbi Dairənin Mətbuat Xidməti yayıb.
 
Təlim zamanı artileriya mərmisi partlayıb. İlkin məlumata görə, hadisə texniki təhlükəsizliyə riayət edilməməsi səbəbindən baş verib.
 
Dairənin hərbi komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalara başlayıb. / TASS
 

Google+ WhatsApp ok.ru