Novruz bayramında Azərbaycanda 7 qeyri-iş günü olacaq

Novruz bayramında Azərbaycanda 7 qeyri-iş günü olacaq

-- Martın 24-ü şənbə, 25-i bazar günü olduğu üçün

Nazirlər Kabineti gələn ilin Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar olaraq qeyri iş günlərinin vaxtını açıqlayıb. Bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.
 
Qərarda bildirilir ki, 2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust Qurban bayramıdır.
 
Martın 24-ü şənbə, 25-i bazar günü olduğu üçün Novruz bayramı tətili dalbadal 7 gün – martın 20-dən 26-na qədər davam edəcək.
 
Qanunvericiliyə uyğun olaraq, sadalanan günlər iş günü hesab edilmir.
 

Google+ WhatsApp ok.ru