`Novruz bayramına qədər əfv olacaq`- KOMİSSİYA ÜZVÜ

“Novruz bayramına qədər əfv olacaq”. Bunu Lent.az-a açıqlamasında Əfv komisiyyasının üzvü Rəşad Məcid deyib.
 
Onun sözlərinə görə, artıq komisiyyanın 3 iclası olub: “Bu gün dördüncü iclas olacaq, yəqin ki, bu, yekun iclasıdır. Komissiyaya 400-dən artıq sənəd daxil olub. Biz bunların hamısına baxırıq. Barəsində müsbət rəy olanlarla bağlı prezidentə məlumat veriləcək. Güman edirəm ki, prezident Novruz Bayramına qədər əfv sərəncamı imzalayacaq”. 

Google+ WhatsApp ok.ru