Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

 
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  Fələstin Xalq Azadlıq Cəbhəsinin baş katibi Əhməd Cibrilin   vəfatı münasibətilə  başsağlığı  verib.
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
 "Mərhəmətli və bağışlayan Allahın adı ilə!
 
Yorulmaz mücahid cənab Əhməd Cibrilin  vəfatı münasibətilə  Fələstin xalqına , Fələstinin qızğın mübarizəsində çalışan bütün mücahid və fəallara, Qərbi Asiya bölgəsindəki  bütün müqavimət güclərinə və o mərhumun  yaxınlarına  başsağlığı verirəm. 
 
Bu şücaətli və çalışqan şəxsiyyət öz ömürünü Fələstinin işğal olunmuş torpağı və məzlum xalqı üçün mübarizəyə sərf edib.  
 
Allah-Taaladan onun üçün  rəhmət, məğfirət və ən yüksək dərəcələr diləyirəm!"
 

Google+ WhatsApp ok.ru