Novruz bayramında Bakıdan İrana aviayers açılacaq

Novruz bayramında Bakıdan İrana aviayers açılacaq

-- Təbriz və Urmiyaya şəhərlərinə

Bu il Novruz bayramında İrandan Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə az olacaq.
 
Maide.Az bildirir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib.
 
N.Bağırovun sözlərinə görə, "Azərbaycan Hava Yolları" QSC bayram ərəfəsində İranın 2 şəhərinə - Təbrizə və Urmiyaya aviareyslər açacaq və qonşu ölkədən turist axını stimullaşdırılacaq.
 
Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways” şirkətinin Abu-Dabidən Bakıya həyata keçirəcəyi uçuşlar hesabına isə ərəb turistlərin Azərbaycana gəlməsi təmin olunacaq. 
 

Google+ WhatsApp ok.ru