Novruz bayramının əməlləri haqqında

Novruz bayramının əməlləri haqqında

Hər bir insan ətraf dünyasına nəzər yetirsə, ilahi nemətlərin saysız-hesabsız olduğunu görəcəkdir. Bu nemətlərə görə, azacıq belə Allaha şükür etməyən insan küfür uçurumuna yuvarlarnır, hətta cəhənnəmlik olur. İnsan Allah-Taalanın onun ixtiyarında qoyduğu hədsiz nemətlərin qədir-qiymətini və əhəmiyyətini bilməli, onlardan layiqincə bəhrələnməlidir. Sözsüz ki, fürsət və imkanlarının əhəmiyyətini bilən və onlardan gözəl şəkildə bəhrələnən insan heç vaxt təəssüflənməz. Zaman və ömür ilahi nemətlərdən biridir və ondan düzgün istifadə edildikdə, behişt qazanılır. Bu fürstlər bahar buludları tək ötüb-keçəsi, əldən çıxasıdır. Əmirəlmöminin Əli (ə) necə də gözəl buyurmuşdur: İnsan ömrü ( ələ düşən fürsətlərbulud kimi keçib gedirƏlverişli fürsətləri əldən buraxmayın. (“Vəsailüş-şiə”, 16-cı cild, səh.84, fəsil 91.)

Elə isə, nə qədər ki, fürsət var, ondan bəhrələnmək və faydalanmaq lazımdır.

Möhtərəm oxucular! Artıq Yeni ilin təhvil anına yaxınlaşırıq. Novruz günlərində təbiət dəyişilib çiçəkləndiyi kimi, biz də özümüzdə dəyişiklik yaradaq, ruhumuzu və mənəviyyatımızı dəyişək, çiçəkləndirək. Nəfsi istəklərimiz uğrunda deyil, Allaha xatir bir iş görmüş olaq! Bu günlərdə Allahdan belə istəyək:

يَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ

يَا مُدَبِّرَ اللَّيْلِ وَ النَّهَارِ

يَا مُحَوِّلَ الْحَوْلِ وَ الْأَحْوَالِ

حَوِّلْ حَالَنَا إِلَى أَحْسَنِ الْحَالِ

Ya muqəllibəl-qulubi vəl-əbsar,

Ya mudəbbirəl-ləyli vən-nəhar,

Ya muhəvviləl-həvli vəl-əhval,

Həvvil haləna ila əhsənil-hal!

Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü dolandıran!! Ey ili və halları dəyişən! Bizim də halımızı ən gözəl halla dəyiş!” Amin! (“Zadul-məad”, Əllamə Məclisi, səh.328.)

İmam Sadiqin (ə) Müəlla ibn Xüneysə öyrətdiyi kimi, Novruz bayramı çatdıqda, (yuxarıda qeyd etdiyimiz duanı oxumaqla yanaşı) qüsl edin, ən təmiz paltarlarınızı geyinin, ən xoş ətirlərdən istifadə edin və çalışın həmin günü oruc tutun. Elə ki, şam və xiftən namazları və onların nafilələrini qıldın, 4 rükət (iki-iki) “Novruz namazı” qılın. Birinci iki rükətin ilk rükətində “Həmd” surəsindən sonra on dəfə “Qədr” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra on dəfə “Kafirun” surəsini, ikinci iki rükətin ilk rükətində “Həmd”dən sonra on dəfə “İxlas” surəsini, ikinci rükətində isə “Həmd” surəsindən sonra on dəfə “Fələq” və “Nas” surələrini oxuyun. Namazdan sonra şükür səcdəsinə gedib, bu duanı oxuyun:

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْأَوْصِيَاءِ الْمَرْضِيِّينَ وَ عَلَى جَمِيعِ أَنْبِيَائِكَ وَ رُسُلِكَ بِأَفْضَلِ صَلَوَاتِكَ وَ بَارِكْ عَلَيْهِمْ بِأَفْضَلِ بَرَكَاتِكَ وَ صَلِّ عَلَى أَرْوَاحِهِمْ وَ أَجْسَادِهِمْ اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ بَارِكْ لَنَا فِي يَوْمِنَا هَذَا الَّذِي فَضَّلْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ عَظَّمْتَ خَطَرَهُ اللَّهُمَّ بَارِكْ لِي فِيمَا أَنْعَمْتَ بِهِ عَلَيَّ حَتَّى لا أَشْكُرَ أَحَدا غَيْرَكَ وَ وَسِّعْ عَلَيَّ فِي رِزْقِي يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ اللَّهُمَّ مَا غَابَ عَنِّي فَلا يَغِيبَنَّ عَنِّي عَوْنُكَ وَ حِفْظُكَ وَ مَا فَقَدْتُ مِنْ شَيْ‏ءٍ فَلا تُفْقِدْنِي عَوْنَكَ عَلَيْهِ حَتَّى لا أَتَكَلَّفَ مَا لا أَحْتَاجُ إِلَيْهِ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ

Duanın oxunuşu: Əllahummə səlli əla Mu­həm­mədin və ali Muhəmmə­di­nil əvsiyail mərziyyin, və əla cəmii ənbiyaikə və ru­sulikə biəfzəli sələvatik, və barik ələy­him biəfzəli bərəkatik, və səlli əla ər­va­hihim və əcsa­dihim, Əl­la­hummə barik əla Mu­­həm­mədin və ali Mu­həm­məd, və barik ləna fi yəvmina ha­zəlləzi fəzzəltəhu və kər­rəm­təh, və şərrəftəhu və əz­zəmtə xətərəh, Əllahummə ba­rik li fima ən`əmtə bihi ələyyə hətta la əşkurə əhə­dən ğəyrək, və vəssi` ələyyə fi rizqi ya zəl cə­lali vəl ikram, Əllahummə ma ğabə ənni fəla yəğibənnə ənni əv­nu­kə və hifzuk, və ma fə­qədtu min şəy`in fəla tuf­qidni əvnəkə ələyh, hətta la ətə­kəl­ləfə ma la əhtacu iləyhi ya zəl cəlali vəl ikram.

Duanın tərcüməsi: İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə, bəyənilmiş canişinlərə, bütün peyğəmbərlər və elçilərinə ən fəzilətli salam və salavatını göndər və ən yaxşı bərəkətlərini əta et! Onların ruhları və cəsədlərinə salam yetir! İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə bərəkət ver! Üstünlük verdiyin, ucaltdığın, şərafət və böyüklük bağışladığın bu gündə bizə də bərəkət ver! İlahi, onun vasitəsilə mənə nemət bəxş etdiklərinə bərəkət ver ki, Səndən başqasına təşəkkür etməyim! (İlahi,) ruzimi bol et, ey calal və kəramət sahibi! İlahi, məndən gizli olanları Öz yardımın və hifzinlə məndə gizli saxlama, mən bir şey itirsəm də, Sən Öz yardımını məndən əsirgəmə ki, möhtac olmadıqlarıma görə əzab-əziyyət düşməyim, ey calal və kəramət sahibi! (“Məfatihul-cinan, səh.732-733.”

(Maide.Az)

Google+ WhatsApp ok.ru