Novruz bayramı tətil günlərində  İmam Rzanın (ə) hərəmini 4 milyondan çox zəvvar ziyarət edib

Novruz bayramı tətil günlərində İmam Rzanın (ə) hərəmini 4 milyondan çox zəvvar ziyarət edib


10 gün ərzində 4 milyon 381 min 158 zəvvar Məşhəddə İmam Rzanın (ə) hərəmini ziyarət edib.

Maide.Az xəbər verir ki,  bunu  İran Xorasan Rəzəvi əyalətinin səfər xidmətləri üzrə icraçı qərargahın sözçüsü  Mehdi Furuzan  deyib.

Onun sözlərinə görə,  martın 15- 25-nədək olan tarixdə  Məşhəd şəhərində İmam Rzanın (ə) hərəmini ziyarət edən zəvvarların sayı  ötən illə müqayisədə 3 faiz artıb. 

"Zəvvarlardan 390 min  36 nəfər avtobus (ötən illə müqayisədə 7 faiz azalıb) , 209 min 457 nəfər qatar (2.6 faiz artıb) , 108 min 726 nəfər təyyarə (17.4 faiz azalıb)  və  3 milyon 673 min 156 nəfər isə öz şəxsi avtomobili ilə  (1 faiz artıb) Məşhəd şəhərinə səfər edib"
 

Qeyd edək ki, hər il Novruz bayramı tətil günlərində  əMəşhəd şəhərində İmam Rzanın  (ə) hərəmini milyonlarla zəvvar ziyarət edir. Bu il İmam Cavadın (ə) mövlud gününün Novruz bayramına təsadüf etməsi zəvvarların sayının artmasına səbəb olub.

Google+ WhatsApp ok.ru