Novruzun ilk çərşənbəsi fevralın 27-də qeyd ediləcək

Novruzun ilk çərşənbəsi fevralın 27-də qeyd ediləcək

-- od çərşənbəsi martın 6-da

Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - su çərşənbəsi fevralın 27-də qeyd ediləcək.
 
Maide.Az "faktxeber"-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır. Suyun ilk yarandıldığı inancı ilə ilk çərşənbə kimi qeyd edilir.
 
Su çərşənbəsi boz ayın dörd çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.
 
Qeyd edək ki, od çərşənbəsi martın 6-da, yel çərşənbəsi martın 13-də, ilaxır - torpaq çərşənbəsi isə martın 20-də qeyd olunacaq.
 

Google+ WhatsApp ok.ru