Novxanı-Masazır yolu bu gün axşam saatlarınadək bağlanacaq 21 İyun 2018 01:00 Ölkə -- üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Abşeron rayonu, Masazır-Novxanı yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. (virtualaz.org) Teqlər : #NovxanıMasazır yolu bu gün axşam saatlarınadək bağlanacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Paradla əlaqədar 14 marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək İmişlidə zəhərlənənlərdən 10-nun müalicəsi davam edir