Novxanı bağlarında hasarlar sökülür, bağ sahibləri təzminat istəyir - FOTO/VİDEO

Novxanı bağlarında hasarlar sökülür, bağ sahibləri təzminat istəyir - FOTO/VİDEO

Novxanı bağlar massivində sakinlərin hasarları sökülür. 
 
Bu barədə repost.az-a bir qrup bağ sakini məlumat verib. Onların sözlərinə görə, söküntünü icra edənlər əmrin Sumqayıt Şəhər İcra Hakimiyyətindən gəldiyini deyiblər. İcraçılar söküntünü bağlar massivində yolların genişləndirilməsi ilə izah ediblər. Sakinlər hesab edirlər ki, bu, qanunsuz göstərişdi. Çünki yola qatılacaq ərazilər sənədlə onların şəxsi mülkiyyəti hesab olunur. Onlara dəymiş zərərə görə isə heç bir kompensasiya ödənilmir. Hətta icraçılar bu barədə düşünülmədiyini də bildiriblər. Sakinlər iddia edirlər ki, əslində, yolların genişləndirilməsi ilə bağlı heç bir rəsmi qərar yoxdur.
 
Sumqayıt İcra Hakimiyyətindən sorğuya cavab olaraq bildirilib ki, İcra Hakimiyyəti bağlar massivində heç bir iş görmür. Sözügedən ərazidə yolların genişləndirilməsi ilə bələdiyyə məşğul olur. 
 
Bələdiyyədən isə məlumat təsdiq edilib. Qurumun mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov repost.az-a bildirib ki, söküntü yolun genişləndirilməsi ilə bağlıdır. "Əgər əmlakın sənədi varsa, sahibinə kompensasiya ödəniləcək. Yox, əgər heç bir sənədi yoxdursa, təəssüf ki, həmin şəxslərə heç bir təzminat verilə bilməyəcək", - deyə Məmmədov vurğulayıb.
 
O, hələlik təzminatın miqdarının və neçə nəfərə, nə vaxt veriləcəyinin dəqiqləşmədiyini söyləyib. /
 
Novxanı bağlarında hasarlar sökülür, bağ sahibləri təzminat istəyirlər - VİDEO - FOTO
 
Novxanı bağlarında hasarlar sökülür, bağ sahibləri təzminat istəyirlər - VİDEO - FOTO

Google+ WhatsApp ok.ru