İnquşetiyada qadınlar üçün ilk taksi fəaliyyətə başlayıb

Noyabrın 20-dən İnquşetiyada qadınlar və uşaqlar üçün nəzərdə tutulan taksi fəaliyyətə başlayıb. 
Maide.az-ın məlumatına görə, bu ideayanın müəllif və təşkilatçısı İşquşetiya vətəndaşı Janetta Medarovadır.
O, bildirib ki, İslamda kişilərin naməhram qadınları maşınla aparıb-gətirməsi bəyənilmədiyindən bu addımı atmalı olub. 
Janetta deyir ki, " Mən özüm taksilərdən məhz bu səbəbə görə istifadə etmirdim. Özüm sükan arxasına keçdikdən sonra müsəlman bacılarıma da yardım etmək fikrinə düşdüm. Qoy onların İslama tam əməl etmək istəkləri gündəlik həyatlarında onlara çətinlik yaratmasın".

O deyib ki, qadınlar üçün taksilərin olmaması bir çox insalara narahatçılıq gətirirdi. "hər il İnquşetiyada qadınlar taksi sürücüləri tərəfindən zorakılıqlara məruz qalırdılar. Sürücü və qadınlar arasında xoşagəlməz söhbətlər yaranırdı. Lakin, qadın sürücüləri olan taksilərinin olması təkcə dini nöqteyi nəzərindən deyil, həmdə işsiz müsəlman qadınlara iş tapmaqda yardımcı olacaq"

Janettanın sözlərinə görə, maşınlar azlıq təşkil edir, zənglərə, sifarişlərə cavab verməyə çatdırmırlar. Buna görə də onlar bir qrup işçi qadın axtarmağa başlayıblar. //

 

Google+ WhatsApp ok.ru