İnquşetiya müsəlmanları mitinq keçirdilər - VİDEO

Maide.az xəbər verir ki, bu gün İnquşetiya Respublikasının müsəlman əhalisi Fransanın "Çarli Hebod" jurnalında İslam müqəddəslərini təhqir etmək məqsədi ilə çəkilmiş karikaturalara etiraz olaraq mitiqn keçiriblər. İnquşetiyanın paytaxtında keçirilmiş mitinqdə 15 mindən çox insan iştirak edib.

"Biz heç bir halda zorakılığa çağırış etmirik. Sadəcə olaraq insanlardan xahiş edirik ki, baxsınlar nə edirlər, hazırda Qərbdə hansı proseslər gedir", - deyə İnquşetiyanın mftisi Maqomet Xaştırov bildirib: "Sadəcə olaraq götürüb İslam Peyğəmbərinin həyatı barədə tarixi oxuyun. Görün o kim olub, insanlara nə çatdırmaq istəyib. Sadəcə olaraq düşünün, nə üçün bir neçə milyard insan onun arxasınca gedir və özünün sualınıza cavab tapın. Həzrət Peyğəmbər bütün bəşəriyyətə xeyirxahlıq çatdırmaq və rəhmət üçün göndərilib."

Google+ WhatsApp ok.ru