İnsanı Behiştə aparan SEVGİ

İnsanı Behiştə aparan SEVGİ

İmam Səccaddan (ə) nəql olunan bir hədisdə belə buyurulur:

اِذا جَمَعَ اللّهُ عَزَّ وَ جَلَّ الاَوَّلينَ والاْخِرينَ قامَ مُناد فَنادى يُسْمِعُ النّاسَ...

“Qiyamət günü Allah hamını bir yerə topladığı zaman carçı insanlara səslənər.”

فَيَقُولُ: اَيْنَ الْمُتَحابُّونَ فىِ اللّهِ

Carçı deyər: “Bir-birini Allaha görə sevənlər haradadırlar?”

فَيَقُومُ عُنُقٌ مِنَ النّاسِ فَيُقالُ لَهُمْ: اِذْهَبُوا اِلَى الْجَنَّةِ بِغَيْرِ حِساب...

Bu vaxt insanlardan bir dəstəsi qalxar. Onlara deyilər ki, hesabsız Behiştə daxil olun.

فَتَلَقّاهُمُ الْمَلائِكَةُ فَيَقُولُونَ: اِلى اَيْنَ؟

Mələklər onlarla rastlaşıb soruşarlar: “Hara gedirsiniz?”

فَيَقُولُونَ: اِلىَ الْجَنَّةِ بِغَيْرِ حِساب

Onlar cavab verərlər: “Hesab çəkilmədən Behiştə doğru gedirik.”

فَيَقُولُونَ فَاَىُّ ضَرْب اَنْتُمْ مِنَ النّاسِ؟

Mələklər soruşarlar: “Siz xalqın hansı dəstəsindənsiniz?”

فَيَقُولُونَ: نَحْنُ الْمُتَحابُّونَ فِى اللّهِ

Onlar deyərlər: “Biz Allaha görə sevərdik.”

فَيَقُولُونَ وَ اَىُّ شَىء كانَتْ اَعْمالُكُمْ؟

Mələklər soruşarlar: “Əməlləriniz nə idi?”

قالوا: كُنّا نُحِبُّ فِى اللّهِ وَ نُبْغِضُ فِى اللّهِ

Deyərlər: “Biz Allaha görə sevər və Allaha görə düşmənçilik edərdik.”

فَيَقُولُونَ: نِعْمَ اَجْرُ الْعامِلينَ

Mələklər deyərlər: “Əməl əhlinin mükafatı necə də gözəldir!” (“Üsuli-Kafi”, (tərcüməsi ilə) c.3, səh.191.)

Bəli, bizim başqaları ilə dostluğumuz və onlara məhəbbətimiz ilahi eşqə əsaslanmalıdır. Dünyəvi mənafelərə hədsiz diqqət insanı əsl məqsəddən uzaq saqlır. Ona görə də, ilahi övliyalarla əlaqələrimizi gücləndirməliyik. Çünki Allaha məhəbbətlə övliyalara məhəbbət arasında xüsusi bir bağlılıq vardır. Onlardan istənilən biri gücləndikdə, o biri də güclənir, istənilən biri zəiflədikdə isə, o biri də zəifləyir. Demək, Allaha məhəbbət artdıqda, övliyalara məhəbbət də artır. Bir misal çəkək: Allaha məhəbbət ağaca və onun köklərinə məhəbbətin oxşarıdır. Övliyalara məhəbbət isə, budaqlara və yarpaqlara məhəbbətə bənzəyir. Bir ağacın budaqları və yarpaqları qoparılarsa, o ağac tənəffüs edə bilmədiyindən, tədricən quruyar. Eləcə də, kökləri qoparılan ağacın budaq və yarpaqları quruyur. Ağacın budaqları və yarpaqları isti və işıqdan güc aldıqca, ağac özü də güclənir. Köklərin torpaqdan aldığı qida da budaqları və yarpaqları təravətləndirir. Allaha məhəbbətlə övliyalara məhəbbət arasında da belə bir bağlılıq vardır. Allahın övliyalarına məhəbbətin ilahi məhəbbətin budaqları və yarpaqları kimidir. Övliyalara məhəbbət güclənərsə, Allaha məhəbbət də güclənər. Allahın övliyalarını hiss üzvlərimizlə duyduğumuzdan, onlarla təmasda olduğumuzdan və onları görüb səslərini eşitdiyimizdən onlar haqqında düşünmək asan olur. İlahi məhəbbəti qazanmaq üçün övliyalara məhəbbət yolunu seçsək, məqsədimizə daha asanlıqla nail olarıq.

Demək, Allaha məhəbbətə aparan ən sadə yol Onun övliyalarına məhəbbət yoludur. Allah dostları ilə əlaqələr gücləndikcə, Allaha məhəbbət də güclənir.

Bir “hədisi-qüdsi”də Allah-Taala belə buyurur:

و لَيْسَ لِمَحَبَّتى عَلَمٌ و لا نِهايَةٌ

Mənim məhəbbətim üçün hədd-hüdud yoxdur.

كُلَمّا وَضَعْتُ لَهُمْ عَلَماً، رَفَعْتُ لَهُمْ عَلَماً...

Əgər bir nişanə endirsəm, ardınca onlar üçün elm və başqa bir nişanə qərar verərəm.

Bu təbir nə deməkdir? Qədim dövrlərdə sıx meşələrdən keçən təhlükəli yollarda insanların azmaması üçün əlamətlər qoyulardı. Əgər güclü tufanlar qumları havaya qaldıraraq cığırları örtərdisə, həmin bu əlamətlər vasitəsilə yollar, cığırlar tapılardı. Buna görə də, hər bir əlamətdən sonra növbəti bir əlamətə ehtiyac duyulardı. Bu əlamətlərsiz hərəkət qeyri-mümkün olurdu. Ona görə də, Allaha-Taala insanları sonadək hidayət edəcəyini, onlara nişanələr vasitəsilə yol göstərəcəyini vəd edir.

Bəli, öz övliyalarına və dostlarına yol göstərmək Allahın xüsusi lütlərindəndir.

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru