İnsan hüquqları müdafiəçiləri:  Şeyx Zəkzakinin həbsdə saxlanılması qanunsuzdur

İnsan hüquqları müdafiəçiləri: Şeyx Zəkzakinin həbsdə saxlanılması qanunsuzdur

Nigeriya İnsan Hüquqları Müdafiəçiləri bu ölkənin hökumətinin Şeyx Zəkzaki və onun tərəfdarlarına qarşı qanunsuz hərəkətlərini pisləyib. 
 
Maide.Az xəbər verir ki, Nigeriyanın “Thenation” qəzeti yazıb ki, “Ədalətə çataq” adlı insan hüquqları müdafiəçiləri birliyi Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin Federal Məhkəməsinin onun qeyd-şərtsiz azadlığa buraxılmasına dair  qərarı olduğu halda, hələ də həbsdə saxlanılmasını qanunsuz adlandırıb və hökumətin bu addımını pisləyib.  
 
Bəyanatda onlar hökumətdən istəyiblər ki, qanunsuzluğun qarşısını alsın və Şeyx Zəkzakiyə qarşı təzyiqləri dayandırsınlar. “Şeyx Zəkzakinin azadlığa buraxılmasını gecikdirmək, qanunun aililiyinə zidd və diktator hərəkətlərinin davam etdirilməsi deməkdir. Kaduna əyalət hökuməti Zəkzakinin davamçılarından 259 nəfərdən çox insanı, bir əsgərin öldürülməsində təqsirli bilir. Lakin Nigeriya İslami Hərəkatının üzvlərinin öldürülməsində indiyədək bir hərbiçini belə cəzalandırılmayıb”.
 
Qeyd edək ki, "Amnesty International" da bir müddət öncə bəyanat yayaraq Nigeriyada insan hüquqlarının tapdalandığını elan edib.

Google+ WhatsApp ok.ru