İnsan Hüquqları Təşkilatları: 3 Bəhreynli gəncin edamı bu ölkənin tarixində qara ləkədir

İnsan Hüquqları Təşkilatları: 3 Bəhreynli gəncin edamı bu ölkənin tarixində qara ləkədir

 
İnsan Hüquqları üzrə fəaliyyət göstərən bir neçə təşkilat müştərək bəyanat yayaraq Ali Xəlifə rejiminin 3 Bəhreynli şiə gənci edam etməsini pisləyiblər. 
 
Maide.Az  “manamapost” xəbər saytına istinadən xəbər verir  ki, İnsan Hüquqları üzrə fəaliyyət göstərən bir neçə təşkilat o cümlədən “Amerikalılar demokratiya üçün və Bəhreyndə insan hüquqları”,  “Bəhreyn demokratiya və insan hüquqları mərkəzi”,   “Bəhreyn insan hüquqları mərkəzi” və  “İnsan hüquqları və demokratiya üçün Avropa Mərkəzi” adlı  təşkilatlar  bu gün müştərək bəyanat yayaraq  Bəhreyndə 3 şiə gəncin edam edilməsini pisləyiblər. 
 
İnsan Hüquqları üzrə fəaliyyət göstərən bu 4 təşkilat öz bəyanatında bu 3 bəhreynli gəncin edamını ölkə tarixində qara ləkə adlandırıblar.
 
Onlar edam hökmünün dayandırılmasını tələb edib və şəhid edilmiş bu 3 şiə gəncin istintaq zamanı  işkəncə olunduğuna dair araşdırmanın aparılmasının zəruriliyini vurğulayıblar.  “Bu 3 gəncə qarşı irəli sürülən ittihamlar işkəncə və zor tətbiq etməklə onların boynuna qoyulub”
Bəyanatda həmçinin onlar Bəhreyn rejimindən istəyiblər ki, BMT-nin işkəncələr əleyhinə xüsusi nümayəndəsi və eləcədə BMT-nin özbaşına edamlar əleyhinə olan xüsusi nümayəndəsininn bu ölkyə girişinə icazə versin.  
 
Qeyd edək ki, İran, İraq və Hizbullah da bəyanat yayaraq 3 bəhreynli şiə gəncin edam edilməsini pisləyib və bunu cinayət adlandırıblar. 
 
Xatırladaq ki, ötən gün 3 bəhreynli fəal gənc güllələnərək şəhid edilib.
 

Google+ WhatsApp ok.ru