İnsanlığa qarşı zülmə yox deyək! (FOTO)

Bu gün AİP-in qərargahında Qüds günü ilə əlaqədar dəyirmi masa keçirildi.
 
Tədbiri giris sözü ilə açan AİP sədrinin siyasi məsələlər üzrə müavini hacı Akif Heydərli Qüds günü və onun yaranma zərurəti haqda danışdı. Çıxışında tarixi hadisələrə və faktlara isnad edən natiq İsrailin işğalçı mahiyyətindən söz açaraq Fələstin dövlətinin yaranmaması səbəblərinə aydınlıq gətirdi.
 
AİP sədr əvəzi Hacı Elçin Manafov yığıncaq iştirakçılarına təşəkkürünü bildirdi, Qüds  gününün mahiyyətinə, önəminə toxunan Hacı Elcin bu günü dünya müsəlmanlarına  vəhdət çağırışı kimi xarakterizə etdi.
 
Qüds gününün mənəvi önəmi haqda danışan  ilahiyyatçı alim Hacı Sərdar Hacıhəsənli dünyada baş verən problemlərə millətlərin yaşamaq haqqına təcavüz edən dövlətlərin səbəb olduğunu dedi. Natiq bu gün dünya ictimaiyyətinin zülmdən, təcavüzdən əziyyət çəkdiyini və heç bir böhranın yarandığı nöqtədə qalmadığını vurğuladı. O, bunun gələcəkdə dünyanın daha geniş müstəvisinə yayılmaması üçün qarşısının alınmasının vacibliyini vurğuladı:
 
“Zülmə dəstək verənlər zalımlardan daha çoxdur. Bu gün İsrail rejiminin tanınmamasının səbəbi odur ki, bu rejim təcavüz üzərində qurulub. İslam Peyğəmbəri(s) buyurub ki, hakimiyyət dinsizliklə davam edə bilər, lakin zülmlə davam gətirə bilməz. Bu gün dünyanın zalıma qarşı yeganə yolu bəşəri səfərbərlikdir.”
 
Sonra söz QAT sədri Akif Nağıya verildi. O, bu tədbirin Ağdamın işğalı gününə təsadüf etdiyini yada salaraq Qüds gününün mahiyyətinin dünyanın ixlasına xidmət etdiyini söylədi:
 
“Qüds günü məsələsini qaldıran şəxs müsəlmanların vəhdətinə çalışan insandır. Müsəlmam dünyası Qarabağ məsələsinə də dəstək versə bu problem tezliklə həll olar.”
 
 Vətən blokunun icraçı katibi Mayiş Güləliyev cəmiyyətdə Yaxın Şərqlə bağlı məlumatın məhdud səviyyədə olduğunu və əsas məqsədin insanların bu mövzuda maariflənməməsi olduğunu bildirdi. O, Qüds gününün diqqəti qlobal problemlərin həllinə yönəltdiyini və bu günün düşmənimizin tanınmasına mesaj günü olduğu dedi.
 
AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova isə Qüds gününün tarixinə toxunaraq, dünyadakı bütün zülmlərin kökünün İsrail rejimi olduğunu diqqətə çatdırdı:
 
“Bizim cihad və mübarizəmiz yəhudi xalqına qarşı deyil, cəllad sionizm rejiminə qarşı yönəlib. “
 
Dəyirmi masa iştirakçılarından Musərrıza, AİP Xətai rayon komitəsinin sədri Hacı Üzeyir və digərləri çıxış edərək, Qüds günü, insanlığa qarşı zülmün qarşısının alınması üçün müsəlman dünyasının vəhdətini mühüm amil kimi dəyərləndirdilər.
 
Yığıncağın sonunda bəyanat qəbul olundu.
 
Bəyanatda deyilir:
 
Dərk etdiyimiz kainatda baş verən hadisələr bəşəriyyətin tarixi dönəmlərdə qadir olduğu sivilzisiyalar, onun İlahi kəramətlə insanlığın xilası üçün göndərilməsi  özlərini fövqəl güc və qüdrət sahibləri hesab edənlər tərəfindən təhrif və tərk olunmağa, dünyaya yeni  düzən verməyə başlamışdır. Müqəddəs məkanları dağıtmaq, səmavi kitablara, Allahın insanlığın xilası üçün tərtib etdiyi  və göndərdiyi qanunlara qarşı çıxmaq, təkamülün və Allahı dərketmənin başlandığı  məkanları qəsb edərək fitnə-fasad altında saxlamaq, bu əmələ etiraz edənləri kütləvi olaraq məhv etmək iddiasında olanların əməlləri  göstərir ki, aktiv mübarizə olmadan insanlıq gələcəkdə daha böyük təhlükələrə məruz qala biləcək.
 
Böyük təcavüzə və istilaya məruz qalan müqəddəs ocaqlardan biri də tövhidin mərkəzi, Davud(ə)-ın, Süleyman(ə)-ın, Həzrət İbrahim(ə)-ın və sayı-hesabı bilinməyən peyğəmbərlərə  Allahın vəhylərinin şahidi olan, qövmünü qurtarmaq üçün Həzrət Musa(ə) sığınan, Həzrət Məhəmməd(s)-ın  meracını görən müqəddəs Qüds və onun qucağında yerləşən ilk vəhylər ocağı Məscidi Əqsa bu gün acınacaqlı zülmdən xilas olmaq  üçün bəşəriyyətdən imdad diləyir. 
 
Qüds insan fitrətinin azadlıq simvolu kimi işğal altında saxlanmaqla zülmə və istismara məruz qoyulmuşdur. 1948-ci ildən etibarən Qüds  qəsbkarlığın rəsmiləşdiyi bir məkana çevrilmiş, müsəlmanların ilk qibləgahı kimi onların azad ziyarətindən təcrid olunmuşdur. Özgə torpaqlarını istila etməklə dövlət quran işğalçı İsrail rejimi özünü fövqal güc və qüdrət sahibi kimi bəşəriyyətə  qəbul etdirməyə və bunu zülm etməkdən, öldürməkdən çəkinməməklə sübuta yetirməyə davam edir.  Cinayətkar əməlinə görə güclü müqavimət və təzyiqlə qarşılaşmayan sionist rejim dünyanın müxtəlif qütblərində zülmə rəvac verilməsi, xüsusən müsəlman torpaqlarının və sərvətlərinin əllərindən alınması üçün şər qüvvələrin sırasında lakomativə çevrilmişdir. 
 
Biz dəyirmi masa iştirakçıları hesab edirik ki, zülmün başlanğıcı və istismarın mərkəzi ilə mübarizə günü yetişmişdir. Bu gün məhz Qüds günüdür  ki, bünövrəsi 1979-cu ildə İmam Xomeyni tərəfindən qoyulmuşdur və dünyanın bütün tərəqqipərvər insanları, zülm və istismarla barışmayan qövmləri tərəfindən bəyənilir, qəbul edilir.
 
Bu günlərdə məzlum Fələstin müsəlmanlarına qarşı qəsbkar İsrailin qana susayan hakim dairələrinin apardığı  kütləvi soyqırım hərəkətləri ondan xəbər verir ki, bu zülm və istismar bitmək və dayanmaq bilmir. Bəşəri cinayətlərə rəvac verənlər, göz yumanlar həm də yəhudi xalqının taleyini qara yazmaq fikrindədirlər. Ona görə də biz bu qeyri-insani hərəkata qarşı mübarizənin önündə məhz bi xalqı, onun azadlıqsevər  dəstələrini görmək üçün onları qaniçənlərə qarşı üsyana çağırırıq.
 
Biz eyni zamanda  bütün islam dünyasını, bütün müsəlmanları zülmə yox deməyə, bu xalqların dövlət və hakimiyyət rəhbərlərini bütün vasitələrdən istifadə etməklə insan qatillərinə qarşı ən böyük maliyyə itkiləri qarşılığında belə çıxmağa çağırırıq. Bunsuz nə Fələstinin, nə Əfqanıstanın, nə İraqın, nə Suriyanın, nə də Azərbaycanın 20 faiz torpağı olan doğma Qarabağın azdlığına, rahat yaşamasına nail olmaq mümkündür.
 
Bir daha bəyan etməliyik ki, şər qüvvələri ilə mübarizə onun yarandığı və  dünyaya yayıldığı məkandan başlanmalıdır. Başqa sözlə, dünyaya sülh, bəşəriyyətə azadlıq, zülmə qarşı mübarizə məhz Qüdsdən başlanır. Hər bir bəşər övladının borcu  bu mübarizənin önündə olmaq, şəxsi iradəsini göstərmək, zülmkarları yer üzündən silməkdir.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru