İnsanlar apteklərdə belə aldadılır

İnsanlar apteklərdə belə aldadılır

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov vətəndaşları dərman alarkən diqqətli olmağa çağırıb.
 
İB sədri Feysbuk hesabından vətəndaşlara belə bir çağırış edib.
 
Ekspert əhaliyə keyfiyyətsiz dərman satılmasına dair İctimai Birliyə daxil olan şikayətlərdən birini yayımlayıb:
“Mən 10.06.2017 tarixdə Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr, H.Hüseynov 18 ünvanda yerləşən “Elit” aptekindən (DOKTA MMC / 563 54 51) həkimin resepti əsasında 12.76 AZN ödəyərək 1 qutu “Çerakson” ampulalarını aldım. Həkim mənə iynə vuran zaman halım pisləşdi. Diqqətlə boş ampulaya və onun qutusuna baxdım. Məlum oldu ki, hər bir ampulanın üzərində buraxılma tarixi 07.2014, son tarix isə 07.2017 yazıldığı halda, qutunun üzərində buraxılma tarixi 01.2016, son yararlılıq tarixi 01.2019 göstərilmişdi. Dərmanın içliyi də rus dilində idi. Deməli məni aldadıblar”.
 
Ekspert bu kimi şikayətləri nəzərə alaraq vətəndaşları daha diqqətli olmağa çağırıb. Belə hallarla qarşılaşdıqda müvafiq orqanlara məlumat vermələrini tapşırıb. (axar.az) /

Google+ WhatsApp ok.ru