İnsanlar ölüm zamanı səs eşitməyə davam edirlər

İnsanlar ölüm zamanı səs eşitməyə davam edirlər

Ölüm zamanı insan beyni səsləri təsbit etməyə davam edir.
 
Bu nəticəyə ABŞ-ın Britaniya Kolumbiyası Universitetinin psixoloqları gəliblər.
 
Məlumata görə, araşdırma çərçivəsində 17 sağlam, 13 hospis (sağalma ehtimalı az olan xəstələrin qaldığı yer) pasiyentin (onlardan 8-i şüurlu, digər 5 nəfər isə şüursuz və ya ölüm ayağında) beyin aktivliyi tədqiq edilib. Öncə sağlamlar, daha sonra isə hospis pasiyentləri üçün 5 notdan ibarət qısa bəstələr dinlədilib. Beynin səslərə olan reaksiyası elektroensefaloqraf (EEQ) vasitəsilə qeyd olunub.  
 
Məlum olub ki, ölən insanlarla sağlam insanların beyni kompozisiyalara eyni reaksiya verib – cihaz bütün hallarda eyni impulsları qeyd edib.
 
Ancaq buna baxmayaraq, ölərkən insanın eşitdiyini anlayıb-anlamadığı sirr olaraq qalır.
 
Araşdırmanın aparıcı müəllifi olan Elizabet Bludonun sözlərinə görə, bu tədqiqat təsdiqləyib ki, ölüm ayağında insanlarla danışmağa dəyər.  / Report  
 

Google+ WhatsApp ok.ru